Türkiyəli nazir: “Beypazarı MSB ilə Ankaraya 13-cü, ölkəmizə isə 363-cü MSB-ni qazandırdıq”

2024/11/1732861500.jpg
Oxunub: 561     17:51     29 Noyabr 2024    
“Beypazarı Mütəşəkkil Sənaye Bölgəsi (MSB) ilə Ankaraya 13-cü, ölkəmizə isə 363-cü MSB-ni qazandırdıq”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır sosial media hesabında yazıb.

Kacır sənaye sahələrini genişləndirməyə və Türkiyənin istehsal gücünü artırmağa davam etdiklərini qeyd edib.

“130 hektar böyüklüyündəki MSB-miz bütün sənayeçilərimizə, Ankaraya və ölkəmizə xeyirli-uğurlu olsun. AK Partiya hökuməti dövründə MSB-lərimizin sayını 191-dən 363-ə, istehsalda olan sənaye sahələrinin sayını 11 mindən 59 minə, MSB-lərimizdəki məşğulluğu 415 mindən 2,7 milyona yüksəltdik. Bu yaxınlarda MSB təcrübələrində etdiyimiz islahat dəyişiklikləri ilə istehsal hərəkətimizi daha da irəli aparacağıq. Möhkəm infrastruktura malik davamlı və planlaşdırılan sənaye sahələrimizlə ölkəmizin inkişaf səyahətini sürətləndirəcəyik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSB  


Bizi "telegram"da izləyin