Rusiya xüsusi missiya bölmələri üçün nəzərdə tutulmuş “Titan” yarımavtomatik tüfəngini hazırlayıb

2024/11/1732861254.jpg
Oxunub: 548     18:29     29 Noyabr 2024    
Rusiyanın silah istehsalçısı SWC xüsusi missiya bölmələri üçün nəzərdə tutulmuş “Titan” yarımavtomatik tüfəngini hazırlayıb.

Ordu.az xəbər verir ki, Rusiyada yerləşən SWC şirkəti .308 çaplı yarımavtomatik piyada tüfəngi “Titan”ı xüsusi missiya bölmələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlayıb.


Tüfəng snayper və hücum tüfəngi kimi istifadə oluna bilən çoxyönlü quruluşu ilə seçilir.

Bundan əlavə, tüfəng analoqlarından yüngüldür, yüksək dəqiqliyə malikdir və hazırda Ukrayna əməliyyat zonasında tətbiq edilir.

Bu xüsusiyyətlər tüfəngi xüsusilə aktiv hərəkətdə olan xüsusi təyinatlı qüvvələr üçün ideal edir. Bundan əlavə, tüfəng Almaniyanın “Heckler & Koch” HK417 silahı ilə müqayisə edilir və ondan daha yüngül olduğu bildirilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Titan  


Bizi "telegram"da izləyin