Ordu.az xəbər verir ki, bu barədə “Rostec”in yayımladığı açıqlamada bildirilib.
Açıqlamada yeni “Su-34” döyüş təyyarələrinin təhvil verildiyi qeyd edilib.
Bu çərçivədə Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostec”ə bağlı “United Aircraft Corporation” “Su-34” döyüş təyyarələrinin yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Yeni partiyanın tədarükünə nə qədər Su-34 döyüş təyyarəsinin daxil olduğu qeyd edilməyib, təyyarələrin lazımi təlimi keçərək, missiya yerinə çatdığı bildirilib.
Əvvəlki “Su-34” döyüş təyyarəsi partiyası ötən ilin sentyabrında həyata keçirilib. “United Aircraft Corporation” Novosibirskdəki obyektdə istehsal edilən qeyri-müəyyən sayda “Su-34” döyüş təyyarələrini Rusiya Aerokosmik Qüvvələrinə təhvil verib.
Sevinc Əliyeva
Ordu.az