Rusiyanın Qazaxıstanla bağlı narahatlığı aradan qalxacaq? FTX hansı təhlükədən danışır?

2024/11/1732858608.jpg
Oxunub: 719     16:35     29 Noyabr 2024    
MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada keçirilən növbəti görüşünün açılış nitqində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov çox prinsipial bəyanatla çıxış edib.

Onun qiymətləndirməsinə görə, NATO Rusiya-Belarus birlik dövlətinin sərhədlərində, Baltik dənizində, Arktikada, Qara dənizdə mövqelərini gücləndirir və Xəzər hövzəsində möhkəmlənməyin yollarını axtarır. Bu yaxınlarda Rusiya FTX-nin keçmiş direktoru Nikolay Patruşev Qərb ölkələrinin Xəzər hövzəsində hərbi mövcudluğunun təhlükəsindən danışıb. O deyib ki, yalnız Rusiyanın mövcudluğu bəzi Xəzəryanı ölkələrin öz su ərazisini NATO üzvü olan dövlətə verməsinə mane olur.

Patruşev-Bortnikov xəbərdarlığı kimə ünvanlanıb? Ekspertlər üçün sirr deyil ki, son 25 ildə Qazaxıstan Hərbi Dəniz Qüvvələri (HDQ) həm də Qərbin birbaşa maliyyəsi sayəsində müasirləşib, silahlanıb və texnoloji cəhətdən təchiz edilib. Amma Xəzər qapalı hövzədir, onun okeanlarla birbaşa əlaqəsi yoxdur.Yeganə logistikaya Rusiya nəzarət edir. Ötən onilliklərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı, FTX, Xarici Kəşfiyyat Xidməti Kremlə xəbərdarlıq etməyibmi ki, Qazaxıstan HDQ-nin gücləndirilməsi Rusiya üçün problem yarada bilər?

Tokayevin KTMT və daha öncə TDT sammitindən öncə Makronla görüşməsi diqqət çəkir. Noyabrın 27-də Qazaxıstanın paytaxtı Ukraynaya qarşı səsdən sürətli “Oreşnik” ballistik raketindən istifadə edən Vladimir Putini qəbul edib. Bu baxımdan, KTMT sammitinin Astanada baş tutması təsadüfi deyil və görünür, Rusiyanın vahid və bölünməz Avrasiya təhlükəsizlik sisteminin formalaşdırılması təklifinin təqdimatı bilərəkdən burada keçirilir.

Bunu siyasətçilərin bəyanatları, ekspert dairələrinin KTMT məkanında üçüncü tərəfin olmasının istisna olunduğuna dair əsaslandırmaları sübut edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qazaxıstan   FTX  


Bizi "telegram"da izləyin