“İgidlərimiz düşmənin mövqelərinə qarşı uğurla işləyir. Yeraltı hərbi texnika məhv edilir, düşmənin canlı qüvvəsi mütəmadi olaraq məhv edilir”, - deyə Kadırov qeyd edib. Ötən həftə Rusiyanın “Telegram” kanallarında “Axmat” xüsusi təyinatlı dəstəsinin formal komandiri, Rusiya Müdafiə Nazirliyinin şəxsi heyətlə iş üzrə baş idarə rəisinin birinci müavini, general-mayor Apti Alaudinovun bəyanatı yayılıb.
Alaudinov bəayantında bildirib ki, çeçen döyüşçülər ateist olduqları üçün Kursk bölgəsində Şimali Koreya əsgərləri ilə çiyin-çiyinə döyüşməkdən imtina edirlər. Görünür, Alaudinovun ultimatumuna hörmət edilib, çeçen “Axmat” xüsusi təyinatlı dəstəsi Kursk vilayətindən cəbhənin Xarkov istiqamətinə köçürülüb və burada onlar Ukrayna qüvvələrinə qarşı uğurla döyüşürlər.
Bu məlumatın nə dərəcədə dəqiq olmasının əhəmiyyəti yoxdur. TASS-ın Rusiya Müdafiə Nazirliyinin deyil, Çeçenistan liderinin “Axmat”ın hərbi uğurları haqqında hesabat yayması vacibdir. Görünən odur ki, çeçen “Axmat” xüsusi təyinatlı dəstəsinin Rusiyanın Ukraynaya qarşı müharibəsində öz problemi var, bunun həllinin arxasınca gedir və rəsmi Moskvanın bu təbliğata tam loyal münasibəti var. Çox güman ki, Putinin əsas problemi birdir: bütün vasitələrlə Kiyevin kapitulyasiyasına nail olmaq.
Dövlət Dumasının keçmiş deputatı Alsknis bildirib: “Əks halda, heç kim onu bağışlamayacaq, ölkədə xaos hökm sürəcək, bu isə dövlətin dağılmasına, ərazi itkilərinə və görünməmiş tarixi rüsvayçılığa gətirib çıxaracaq”.
Bu kontekstdə “RİA Novosti” məlumat yayıb ki, Dövlət Dumasının bir qrup deputatı təşəbbüslə çıxış edərək, Əfqanıstanın “Taliban” qruplaşmasının Rusiya ərazisində ekstremist kimi tanınan və qadağan olunmuş təşkilatlar siyahısından müvəqqəti çıxarılmasını təklif edib. ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin geri çəkilməsinə paralel olaraq “Taliban” Əfqanıstanda demək olar ki, heç bir müqavimətə rast gəlmədən hakimiyyəti ələ keçirib.
Rusiya nadir ölkələrdəndir ki, hakimiyyət dəyişikliyi zamanı səfirliyini Kabildən evakuasiya etməyib. Ötən illərdə Moskva “Taliban”ın faktiki hökuməti ilə əlaqələr saxlayıb, qarşılıqlı səfərlər həyata keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, “Taliban” hökumətinin “tamamilə ağlı başındadır”. Bu o deməkdir ki, Rusiya əməkdaşlıq üçün fürsət görür və ya əlaqələr artıq formalaşır, tərəflər bu barədə danışmamağa üstünlük verirlər.
Digər ölkələrin də “Taliban”la faktiki əlaqələri var. Bu təşkilata hüquqi qiymətləndirmə verilməsinin nəzərdən keçirilməsi bəlkə də məntiqlidir, lakin Dövlət Dumasının deputatı Ernest Valeyevin Rusiya vətəndaşlarının da gələcəkdə “Taliban”a qoşula biləcəyinə dair inandırması son dərəcə qeyri-adidir. “Taliban” islamçı təşkilatdır və öz ərazi strukturlarını Rusiyada yaratsa, dünyəvi dövlət daxilində konstitusiya quruluşuna uyğun teokratik quruluşun yaradıldığı ortaya çıxacaq.
Ukraynaya qarşı müharibədə qalib gəlmək üçün təbii ki, Moskva hər kəslə əməkdaşlığa hazırdır. Bəs bu qələbə Rusiyaya “Taliban”ın üstünlüyü bahasına başa gələrsə, o nəyi müdafiə edəcək?
Asif Cəfərov
Ordu.az