Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini pozub

2024/11/1732857069.jpg
Oxunub: 384     06:52     29 Noyabr 2024    
Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə "Agence France-Presse” (AFP) Afrika ölkəsinin Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatına istinadən məlumat yayıb.

"Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır", - xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika İnteqrasiyası və xaricdəki çadlılar üzrə dövlət naziri Abderaman Kulamalla deyib.

O, bunun səbəbini açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Fransa  


Bizi "telegram"da izləyin