Rusiya ötən gecə Ukraynada raket və PUA ilə 17 hədəfə zərbə endirib

2024/11/1731903670.jpg
Oxunub: 535     14:42     28 Noyabr 2024    
Rusiya ötən gecə Ukraynaya 90 raket və 100 PUA ilə kompleks zərbə endirib.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində çıxışında bildirib.

Onun sözlərinə görə, ötən gecə Rusiya Ukraynada raket və PUA hücumu nəticəsində 17 hədəfi vurub.

Putin deyib ki, Rusiya Bryansk və Kursk vilayətlərinə uzaq mənzilli raket hücumlarına cavab olaraq “Oreşnik” raketlərini sınaqdan keçirməyə məcburdur.

Rusiya prezidenti qeyd edib ki, Kiyev dəfələrlə Moskva və Sankt-Peterburqdakı hədəflərə hücum etməyə cəhd edib.

Putin Ukrayna rəhbərliyini tamamilə qeyri-legitim, hakimiyyəti qəsb edən və hətta orduya əmr vermək hüququna malik olmayan adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin