Ordu.az xəbər verir ki, bununla həmkarlar ittifaqları rəhbərliklə və hökumətlə görüşdən əvvəl təzyiq göstərmək istəyirlər.
SNCF-nin məlumatına görə, “Fret SNCF” işçilərinin ixtisar edilməməyəcəyinə əmin olmaq, bu işçilərin iki yeni şirkətə köçürülməsi üçün sosial şərtləri müzakirə etmək istəyir.
Həmkarlar ittifaqları moratorium əldə edə bilməsə, tətil qaçılmaz olacaq. Moratoriumun əldə edilməsinə isə şansın az olduğu aydındır. Bildirilir ki, “Fret SNCF”i ləğv etmək qərarı Brüssel və Fransa arasında razılaşmadan irəli gəlir. Sadə dillə desək, Fransa hökumətini 5 milyard avroluq cərimə gözləyir. Ona görə də onun bu razılaşmaya “yox” deməyə heç bir real marağı yoxdur.
Həmkarlar ittifaqları öz mövqeyini dəyişmək üçün Avropa Komissiyasında heyət dəyişikliyinə ümid edir, lakin bu da çətin görünür.
Hazırda əməkhaqqı ilə bağlı məcburi illik danışıqlar aparılır ki, bu da istər-istəməz sosial mühiti gərginləşdirir. Rəhbərlik 2025-ci il üçün 1,5% səviyyəsində gözlənilən inflyasiyadan daha çox - 2,2% artım təklif edir. Həmkarlar ittifaqlarının qərar vermək üçün noyabrın 29-dək vaxtları var.
Ordu.az