Astanada KTMT dövlət başçılarının sammiti keçirilir - FOTOLAR

2024/11/990fa-8663940255.jpg
Oxunub: 504     13:41     28 Noyabr 2024    
Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının sammiti keçirilir.

Ordu.az xəbər verir ki, tədbir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilir.

Sammitdə Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentləri iştirak edirlər. Təşkilatın üzvü olan Ermənistan rəhbərliyi sammitə qatılmayıb.

Liderlər Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılmasını müzakirə edirlər.

Sammitin sonunda 14 sənədin, o cümlədən yekun bəyannamənin və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə birgə bəyanatın imzalanması planlaşdırılır.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Astana  


Bizi "telegram"da izləyin