Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan indiki və keçmiş ABŞ rəsmilərinə istinadən bildirib.
Qəzetin məlumatında admiral Donq haqqında Çin Xalq Azadlıq Ordusunu (PLA) hədəf alan daha geniş korrupsiya istintaqı çərçivəsində araşdırma aparıldığı iddia edilib.
Qəzetə məlumat verən rəsmilər Çin prezidenti Si Cinpinin PLA-ya qarşı yeni bir araşdırma dalğası başlatdığını və buna hazırkı müdafiə nazirinin də daxil olduğunu iddia ediblər.
Donq ötən il bir müddət yoxa çıxdıqdan sonra korrupsiya ittihamı ilə işdən çıxarılan keçmiş müdafiə naziri Li Şanqfunun yerinə 2023-cü ilin dekabrında təyin edilib.
Sevinc Əliyeva
Ordu.az