Ordu.az xəbər verir ki, Ukraynada yerləşən “Cyber Boroshno” geoməkan kəşfiyyat qrupu hücumun noyabrın 25-də baş verdiyini və Rusiyanın qərbindəki “Kursk Vostochny” aviabazasını hədəf aldığını açıqlayıb.
“Cyber Boroshno”nun verdiyi məlumata görə, raket öz faydalı yükünü birbaşa hava limanında partladıb.
Peyk görüntüləri hücumun hava limanının avtomobil dayanacağına dəydiyini göstərir, lakin həmin vaxt orada Rusiya döyüş təyyarələrinin olub-olmadığı hələ də aydın deyil.

Moskva hələlik hücumu təsdiqləməsə də, hava qüvvələri ilə əlaqəsi olduğu iddia edilən rusiyalı bloger bazaya ballistik raket hücumu barədə xəbərləri təsdiqləyib.
Qeyd edək ki, noyabrın 17-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya Rusiya daxilində uzun mənzilli hücumlar üçün bağışlanan silahlardan istifadə etməyə icazə verib.
Sevinc Əliyeva
Ordu.az