Ordu.az xəbər verir ki, Argentina hökuməti yeni sifarişlər üçün Niyyət Məktubu imzalayıb və “Scorpene” sinfinə məxsus 3 sualtı qayığın inşası üçün “Naval Group” ilə rəsmi danışıqlar prosesini rəsmiləşdirib.
Sənəd Argentinanın müdafiə naziri Luis Petri və Hərbi Dəniz Qüvvələrinin komandanı Karlos Allievinin Fransaya səfəri zamanı imzalanıb.
Məlumata görə, hər bir sualtı qayığın dəyəri təxminən 700 milyon dollar qiymətləndirilir və inşası 6-7 il çəkəcək.
Argentina “Riachuelo” kimi də tanınan “Scorpene” sinfinə məxsus sualtı qayığın Braziliya modifikasiyasını seçib.
Sevinc Əliyeva
Ordu.az