Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli.am” nəşri yazıb.
Nəşrə görə, prokurorluqdan bildirilib ki, iş Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi tərəfindən peyk proqramından sui-istifadə edilməsi halları ilə bağlıdır.
“Prokurorluq hansı maddə ilə cinayət işi açıldığı və təqsirləndirilən şəxslərin olub-olmadığı barədə məlumat vermir. Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Ermənistanın peyk layihəsinin iflasa uğraması və ona dövlət büdcəsindən ayrılan 8 milyon dolların havaya sovrulması xəbərləri yayılmışdı. “Hraparak” qəzeti yazmışdı ki, bu yaxınlarda Hayrapetyan “Vətəndaş Müqaviləsi” partiyasının təşəbbüs qrupunun iclasında 8 milyon dollarlıq layihənin tam iflasa uğradığını bəyan edib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az