Rusiya Ukraynanın energetika obyektlərinə raket zərbələri endirməkdə davam edir - YENİLƏNİB

2024/11/1732771039.jpg
Oxunub: 725     10:48     28 Noyabr 2024    
Rusiya Ukraynanın energetika obyektlərinə raket zərbələri endirməkdə davam edir.

Ordu.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar paytaxt Kiyevdə daxil olmaqla, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərinin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb.

Ərazidə hava həyəcanı siqnalları səsləndirilir.

O da bildirilib ki, hazırda Odessa, Xarkov, Kirovoqrad, Lutsk, Kropivnitsk və Rovno şəhərlərində ardıcıl partlayış səsləri eşidilir.

***

Rusiya tərəfi PUA və bombardmançı təyyarələrdən istifadə etmək lə Ukraynaya zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.

Bildirilib ki, səhərə yaxın yeddi Tu-95MS strateji bombardmançı təyyarəsi səmaya qalxıb. Saat 05:03-də isə Rusiya tərəfi Qara dənizdən “Kalibr” raketi buraxıb.

Ukraynanın Energetika naziri German Qaluşenko enerji sektorunun hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Kalibr   Ukrayna  


Bizi "telegram"da izləyin