Donald Tramp Mark Zukerberq ilə görüşüb

2024/11/1732770965.jpg
Oxunub: 365     08:52     28 Noyabr 2024    
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında "Meta" şirkətinin rəhbəri Mark Zukerberq ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Trampın gələcək köməkçisi və Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller "Fox News" telekanalına məlumat verib.

“Bəli, bu doğrudur. Mark Zukerberq Donald Trampın rəhbərlik etdiyi islahat hərəkatı sayəsində Amerikada və bütün dünyada gördüyümüz dəyişiklikləri dəstəkləmək və bu prosesdə iştirak etmək arzusunu çox açıq şəkildə ifadə edib”, - Miller qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mark-Zukerberq  


Bizi "telegram"da izləyin