Rusiya XİN: 630 ukraynalı hərbi əsiri dəyişdirməyə hazırıq

2024/08/1723784500.jpg
Oxunub: 640     17:34     27 Noyabr 2024    
Rusiya hazırda 630 ukraynalı hərbi əsiri dəyişdirməyə və sonrakı mübadilələrin hazırlanması üçün təşkilati tədbirlərə başlamağa hazırdır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya, həmçinin bu məsələdə Ukrayna ilə konstruktiv dialoqda maraqlıdır.

"Biz konstruktiv dialoqda, məhbusların tez bir zamanda evlərinə qayıtmasında maraqlıyıq. Biz indi 630 hərbi qulluqçunun mübadiləsinə və eyni zamanda növbəti mübadilələrin hazırlanması üçün təşkilati tədbirlərə başlamağa hazırıq", - deyə Zaxarova vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin