Cənubi Amerika ölkələri Fransadan sualtı qayıq ala bilər

2024/11/1732698414.jpg
Oxunub: 570     16:46     28 Noyabr 2024    
Fransa prezidenti Emmanuel Makron Cənubi Amerikaya səfəri zamanı Fransa istehsalı sualtı qayıqları təqdim edib.

Ordu.az xəbər verir ki, ötən həftə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Sammitində iştirak etmək üçün yola çıxan Fransa prezidenti Cənubi Amerika səfərini uzadıb.

O, Argentina ilə Çiliyə də səfər edib və burada potensial dəyəri 4 milyard dollardan çox olan Fransa istehsalı hərbi təchizatın ixracını təqdim edib.

Makron əvvəlcə birbaşa Argentinaya uçub və orada 16-17 noyabr tarixlərində prezident Xavyer Miley ilə danışıqlar aparıb.

“Defense News”ə danışan yerli hərbi mənbələr daxili müzakirələri açıqlamaq üçün adlarının gizli qalması şərti ilə deyiblər ki, Makron Argentinanın 1,5 milyard dollar dəyərində 3 ədəd “Scorpene” sualtı qayığı almaq planlarına dəstək vəd edib.

Yerli mənbələrin məlumatına görə, Argentinanın müdafiə naziri Luis Petri oktyabr ayında Parisə səfəri zamanı satınalma ilə bağlı niyyət məktubu imzalayıb və detallar üzrə danışıqlara başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Amerika   Fransa  


Bizi "telegram"da izləyin