Ordu.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin hərbi xərclərini artırmaq əzmində olduğunu vurğulayaraq, qarşıdakı illərdə NATO-nun Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizini müdafiəyə xərcləmək hədəfinə çatmaq yolunda olduqlarını bildirib.
Trüdo Monrealda təşkil edilən NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında çıxış edib.
O, Kanadanın hərbi xərclərini artıracağına diqqət çəkib.
“Önümüzdəki illərdə 2 faizə çatmaq üçün aydın bir yoldayıq, çünki bilirik ki, dünya dəyişir və Kanada müttəfiqlərimizlə birlikdə buna hazır olmalıdır”, - deyə Kanadanın Baş naziri bildirib.
Sevinc Əliyeva
Ordu.az