NATO və Finlandiya 4000 nəfərlik qüvvə ilə “Freezing Winds 24” təlimi keçirir

2024/11/1732696102.jpg
Oxunub: 11498     14:56     27 Noyabr 2024    
Payızın mühüm hərbi təlimlərindən biri olan “Freezing Winds 24” 2024-cü il noyabrın 18-29-da Finlandiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəhbərliyi ilə Finlandiyanın cənub sahillərində və Şimali Baltik dənizində keçirilir.

Ordu.az xəbər verir ki, bu beynəlxalq dəniz təlimində Finlandiya HDQ ilə yanaşı Quru Qoşunları və Hərbi Hava Qüvvələri, Logistika Komandanlığı və Sərhəd Mühafizəsi də iştirak edir.

Bundan əlavə, təlimdə bir neçə NATO müttəfiqi də iştirak edir.

Finlandiyanın cənub coğrafiyası NATO-nun Baltik dənizində kollektiv müdafiə əməliyyatlarının hazırlanması üçün unikal mühit təklif edir.

Təlimlərə 30-a yaxın hərbi gəmi, logistika və yardımçı gəmilər, sahil və quru birlikləri cəlb olunub. İştirakçıların ümumi sayının 4000 nəfərə çatacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Finlandiya  


Bizi "telegram"da izləyin