Ordu.az xəbər verir ki, Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən layihə üzv ölkələr arasında ümumi müdafiə standartları yaratmaq məqsədi daşıyır.
Avropa Komissiyasının 300 milyon avro dəstək verdiyi proqram çərçivəsində Fransanın MBDA şirkətinin istehsalı olan “Mistral” Qısa Mənzilli HHM Raketi bəzi Avropa İttifaqı ölkələrinə tədarük ediləcək.
Fransa, Belçika, İspaniya, Estoniya, Macarıstan, Sloveniya, Rumıniya və Danimarkanın daxil olduğu layihədə Cənubi Kipr də iştirak edir.
Proqram təyyarə, helikopter və pilotsuz uçuş aparatlarına qarşı müdafiəni təmin edən “Mistral” raket sistemi ilə bölgədə hərbi çəkindirmə qabiliyyətini artırmağı hədəfləyir.
Cənubi Kipr hərbi bazalarının ətrafında “Mistral” raket sistemlərini yerləşdirməyi planlaşdırır. Sistemin çatdırılma tarixi hələ açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az