Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, bu səylər silahlı qarşıdurma riskini azalda bilər.
Agentliyin mənbələri vurğulayıb ki, Trampın əsas məqsədi Vaşinqton və Pxenyan arasında əsas kommunikasiya kanallarını bərpa etməkdir. Lakin gələcək siyasi əlaqələr və onların qrafiki hələ qurulmayıb.
Materialda həmçinin deyilir ki, Şimali Koreya ilə birbaşa məsləhətləşmələrin təşkili Vaşinqtonun Yaxın Şərq və Ukraynadakı problemləri səbəbilə arxa plana keçə bilər.
Ordu.az