İsrail ordusu Beyruta irimiqyaslı hava zərbələri endirir, ölən və yaralananlar var - YENİLƏNİB

2024/10/1727934310.jpg
Oxunub: 618     18:14     26 Noyabr 2024    
İsrailin Beyrutdakı Əl-Nuveyriyə endirdiyi hava hücumu nəticəsində 3 nəfər ölüb, 26 nəfər yaralanıb.

Ordu.az Livan mediasına istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, xilasetmə işləri davam etdirilir.

***

İsrail ordusu Beyruta irimiqyaslı hava zərbələri endirir.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl hərbçilər Livan paytaxtının cənub ətraflarında 20 binaya təxliyə xəbərdarlığı edib. Hücumlar Baş nazir Benyamin Netanyahunun atəşkəslə bağlı kabineti toplamağa hazırlaşdığı vaxta təsadüf edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Beyrut  


Bizi "telegram"da izləyin