KİV: Livanın Baş naziri atəşkəs razılaşması barədə hökumətin mövqeyini açıqlayacaq

2023/12/62b94-1701842976.jpg
Oxunub: 400     16:39     26 Noyabr 2024    
Livan Baş naziri Nacib Mikati atəşkəs razılaşması barədə hökumətin mövqeyini çərşənbə axşamı açıqlayacaq, müzakirələr isə çərşənbə günü keçiriləcək.

Ordu.az “LBCI” mənbələrinə istinadən xəbər verir ki, Baş nazir İsrail hökumətinin atəşkəs razılaşması ilə bağlı gözlənilən qərarından sonra çərşənbə axşamı bəyanat verməsi gözlənilir.

Məlumatda bildirilir ki, İsrail Nazirlər Kabineti çərşənbə axşamı günortadan sonra öz mövqeyini yekunlaşdırmaq üçün toplaşacaq. Livanın müvəqqəti hökuməti də qərarı müzakirə etmək üçün çərşənbə günü bir araya gələcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   atəşkəs  


Bizi "telegram"da izləyin