Ordu.az xəbər verir ki, Niderland hökumətinin inteqrasiya olunmuş hava və raketdən müdafiə imkanlarını inkişaf etdirmək məqsədi daşıyan CITADEL proqramı çərçivəsində imzalanan müqavilə NASAMS və NOMADS sistemlərinin Niderlanda təhvil verilməsini nəzərdə tutur.
Niderland NASAMS sistemini ilk dəfə 2006-cı ildə alıb.
NOMADS və NASAMS sistemləri digər NATO sistemləri ilə tam inteqrasiya olunub və çoxsaylı vasitələrlə həm avtonom, həm də şəbəkəli əməliyyatlara imkan verir.
NASAMS və NOMADS sistemlərinin tədarükünün 2028-ci ildə başlanacağı və Niderlandın müdafiə infrastrukturuna əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
“Kongsberg” və “Raytheon” tərəfindən birgə hazırlanan NASAMS dünyanın ilk əməliyyat şəbəkə mərkəzli qısa və orta mənzilli quru əsaslı HHM sistemidir.
Sevinc Əliyeva
Ordu.az