ABŞ 30 ildən sonra sualtı qayıqlarını nüvə qanadlı raketləri ilə silahlandıracaq

2024/11/1732603228.jpg
Oxunub: 519     17:51     26 Noyabr 2024    
ABŞ Hərbi Dəniz Qüvvələri nüvə silahlı dənizdən buraxılan qanadlı raketin hazırlanması ilə bağlı məlumat sorğusu göndərib.

Ordu.az xəbər verir ki, təşəbbüs düşmən hədəflərinin müdafiəsiz qalmasını təmin etməklə yanaşı, mütənasib cavab verən modulyar və çevik qanadlı raket sistemi yaratmağı hədəfləyir.

Əməliyyat sisteminin 2034-cü maliyyə ilinə qədər tətbiqi planlaşdırılır və prototip sınaqları növbəti 3 il ərzində aparılacaq.

Məlumata görə, yeni raketlər “Virginia” sinfinə məxsus hücum sualtı qayıqlarından buraxılacaq və ABŞ-nin növbəti nəsil raketi olaraq təyin olunan “All Up Round” konsepsiyasında istehsal olunacaq.

Bu konsepsiyaya yeni nəsil gücləndirici, nüvə qabiliyyətinə malik qanadlı raket və “Virginia” sinfinə məxsus buraxılış modulu daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ  


Bizi "telegram"da izləyin