Sabirabadda “Yağlıvənd: faciədən zəfərə” adlı sənədli filmi nümayiş olunub - FOTOLAR

2024/11/8ef11-1732541895.jpg
Oxunub: 1085     17:36     25 Noyabr 2024    
Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən nümayişdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, filmin rejissoru və ssenari müəllifi Tağı Türk, mədəniyyət işçiləri, şahid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ordu.az xəbər verir ki, nümayişin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov çıxış edərək filmin tarixi əhəmiyyətindən, Qarabağ müharibəsi zamanı xalqımızın qəhrəmanlıq salnaməsindən bəhs edib və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik yad edilib.

Daha sonra filmin rejissoru film haqqında tamşaçılara məlumat verib, filmin nümayişində göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkür edib. Filmdə Qarabağ müharibəsi zamanı Yağlıvənd kəndində baş verən hadisələr və xalqımızın bu çətin günlərdə göstərdiyi igidlik, birlik nümunələri təsvir edilir.

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Yağlıvənd kəndində baş vermiş faciənin canlı şahidlərinin iştirakı ilə ərsəyə gələn film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonda idarə rəisi Faiq Xudanlı çıxış edərək filmin ərsəyə gəlməsində əziyyəti olan şəxslərə və gələn qonaqlara təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Sabirabad   Film  


Bizi "telegram"da izləyin