Ordu.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti nəşr etdiyi hesabatda bildirilib.
Hesabata görə, Almaniya Federal Ordusu şirkət nümayəndələrini Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq üçün məlumatlandırıb.
Qəzetin yazdığına görə, hökumət hərbi müdaxilə zamanı istifadə etmək üçün gizli “Almaniya əməliyyat planı” hazırlayıb.
Bu planda xüsusilə hərbi məqsədlər üçün xüsusi mühafizə tələb edən bütün binalar və infrastruktur obyektləri sadalanır. Sənəddə müfəssəl müdafiə fəaliyyət planı da yer alır.
Şərqi Avropada Rusiya ilə NATO arasında birbaşa münaqişə baş verməsi halında xüsusi plan nəzərdə tutulur. Belə olan halda Almaniya cəbhəyə göndəriləcək hərbi qulluqçular, eləcə də hərbi təchizat, ərzaq və dərmanlar üçün nəqliyyat mərkəzinə çevriləcək.
Sevinc Əliyeva
Ordu.az