Ordu.az xəbər verir ki, aprelin 13-ü gecə İran 300-dən çox Pilotsuz Uçuş Aparatı (PUA), ballistik və qanadlı raketlər göndərərək, gözləniləndən xeyli böyük hücuma keçib.
ABŞ ordusu bu hücumu dayandırmaq üçün bütün imkanlarını səfərbər edib.
Koffi və silah sistemləri zabiti kapitan Leysi “Sonic” Hester CNN-ə verdiyi müsahibədə F-15 “Strike Eagle” üçün müəyyən edilmiş minimum təhlükəsizlik hündürlüyündən aşağıda İrana məxsus PUA-nın yaxınlığında təhlükəli şəkildə uçduqlarını və silahdan istifadə etdiklərini deyib. Lakin manevrlər nəticəsiz qalıb və hədəfi vura bilməyiblər.
“Ərazinin hərəkət etdiyini və yerə yaxınlaşdığımızı hiss edirdik. Yenidən cəhd etmək böyük risk idi”, - deyə Koffi qeyd edib.
Həmin gecə ABŞ qüvvələri 70 PUA və 3 ballistik raketi zərərsizləşdirə bilib. Lakin bu hücum ABŞ Hərbi Hava Qüvvələri üçün bir ilk idi. Pilotlar belə genişmiqyaslı və uzunmüddətli PUA hücumu ilə mübarizədə bəzən çətinlik çəkdiklərini bildiriblər.
Sevinc Əliyeva
Ordu.az