Ordu.az-ın məlumatına görə, Quru Qoşunları daxilində bir ordunun böyüklüyü orta hesabla 80 min ilə 120 min personaldan ibarətdir. Türkiyə müdafiə sənayesi son illərdə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaqla yanaşı, ixracat uğurları ilə məşğulluq imkanlarını da artırıb. Müdafiə sənayesində çalışan menecerlər, mühəndislər, proqram təminatçıları, texniklər, ustalar və işçilər kimi kadrların sayının 2025-ci ildə 108 min 900 nəfərə yüksəlməsi hədəflənir.
Türkiyə müdafiə və aviasiya sektorunun dövriyyəsi son 20 ildə 12 dəfə artaraq, 12 milyard dolları ötüb. Sektor ixracı 22 dəfə artıb. 2002-ci ildə 20 faiz olan müdafiə sənayesinin yerlilik göstəricisi 2023-cü ildə 80 faizə çatıb. “Ar-Ge” işlərinə ayrılan vəsait 2 milyard dollara yüksəlib. 2023-cü ildə 80 faiz olan müdafiə sənayesində yerlilik nisbətinin 2024-cü ilin sonunda 81 faizə, 2025-ci ildə isə 82 faizə yüksələcəyi gözlənilir.
Yenə ötən il 5,6 milyard dollar olan müdafiə və avasiya ixracatının bu ilin sonunda 6,6 milyard dollara çatacağı, gələn il isə 7,3 milyard dollara yüksələcəyi təxmin edilir. Sektor dövriyyəsinin 2024-cü ili 16,5 milyard dollarla bağlayacağı, 2025-ci ildə isə 18,2 milyard dollara yüksələcəyi gözlənilir. 2023-cü ildə sektorda işləyənlərin sayı 90 min 900 nəfər olub.
Bu ilin sonuna qədər bu rəqəmin 99 min nəfərə yüksəlməsi, 2025-ci ildə isə 108 min 900 nəfərə çatdırılması hədəflənir.
Sevinc Əliyeva
Ordu.az