Latın Amerikası ölkəsi 24 ədəd “Rafale” döyüş təyyarəsi alacaq

2024/11/1731577425.jpg
Oxunub: 555     14:50     26 Noyabr 2024    
“Dassault Aviation” şirkətinin Latın Amerikası ölkəsi Peruya 24 ədəd “Rafale” təyyarəsi təklifi etdiyi bildirilib.

Ordu.az xəbər verir ki, 24 ədəd “Rafale” təyyarəsinin dəyərinin 2 milyard dollar olduğu açıqlanıb.

Belçikada müdafiə sənayesi ilə bağlı xəbərləri dərc edən “Army Recognition” internet saytındakı xəbərə görə, Fransada yerləşən təyyarə istehsalçısı “Dassault Aviation” 24 ədəd çoxməqsədli “Rafale” təyyarəsi almaq üçün Peruya ilkin təklif təqdim edib.

Xəbərdə Perunun hava parkını modernləşdirmə səyləri çərçivəsində bu yaxınlarda ehtiyat hissələri əldə etməkdə çətinlik çəkdiyi üçün istismardan çıxarılan köhnə “Mirage 2000” və “MiQ-29” döyüş təyyarələrinin dəyişdirilməsi məqsədilə seçim prosesinə başladığı bildirilib.

Peru hökuməti Valter Enrike Astudillo Çavezin rəhbərlik etdiyi Müdafiə Nazirliyinin təsdiqi ilə 24 yeni təyyarə üçün satınalma planını təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latın-Amerikası   Rafale  


Bizi "telegram"da izləyin