Paşinyanın komanda yoldaşı: “Ermənistanda kilsə nə qədər zəif olsa, dövlət də o qədər güclü olar”

2022/09/1662813277.jpg
Oxunub: 283     14:32     02 İyul 2024    
“Kilsə və ümumiyyətlə təşkilatlar, tarixi töhfələrindən asılı olmayaraq, dövlətdən ayrı olmalı və öz ruhani işləri ilə məşğul olmalıdırlar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arsen Torosyan deyib.

Onun sözlərinə görə, bütün dövlət idarəetmə funksiyaları dövlət strukturları və idarələri tərəfindən həyata keçirilməlidir.

“Lakin 2000-ci illərdən sonra biz müxtəlif dövlət tədbirlərində kilsə xadimlərinə rast gəlirik. Məsələn, indi yay hərbi xidmətə çağırışı başlayıb, müxtəlif tədbirlər keçirilir, orada hələ də kilsə xadimlərini görürük və mən başa düşmürəm ki, kilsə xadimi o dövlət mərasimində nə edir?”, - deyə Torosyan qeyd edib.

Torosyan bildirib ki, Ermənistanda kilsə nə qədər zəif olsa, dövlət də o qədər güclü olar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin