Zakir Həsənov Minskdə hərbi paradda iştirak edəcək

2023/02/27298-1675230104.jpg
Oxunub: 491     15:19     02 İyul 2024    
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 2-də Belarusa səfər edib.

Ordu.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   Minsk  


Bizi "telegram"da izləyin