ROKETSAN “Cirit” lazerlə idarə olunan raketini zirehli pikap avtomobilinə inteqrasiya edib

2024/07/CIRIT-1719906951.jpg
Oxunub: 267     15:23     02 İyul 2024    
Türkiyə müdafiə sənayesi təklif etdiyi həllərlə sahədən gələn ehtiyacları qarşılamağa davam edir.

Ordu.az xəbər verir ki, bu çərçivədə ROKETSAN “Cirit” lazerlə idarə olunan raketini və onu müşayiət edən sistemləri zirehli pikap avtomobilinə inteqrasiya edib.

Təhlükəsizlik bölmələrinin istifadəsinə təqdim edilən “Cirit” raketinə malik zirehli pikap xüsusi tapşırıqlar üçün xüsusi ehtiyaclar çərçivəsində inkişaf etdirilib.

Zirehli pikapda atışa hazır 4 ədəd “Cirit” lazerlə idarə olunan raketi, həm kəşfiyyat/müşahidə, həm də “Cirit” raketi üçün ehtiyac duyulan lazer işarələmə ehtiyacları üçün ASELSAN “Karakurt” elektro-optik sensor sistemi, radioelektron mübarizəyə qarşı “Anti-Jam GNSS” və qabaqcıl istifadəçi konsolları mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Cirit  


Bizi "telegram"da izləyin