Ermənistanda hava limanına bomba qoyulması ilə bağlı xəbər yalan çıxıb - YENİLƏNİB

2024/07/1719901260.jpg
Oxunub: 367     14:22     02 İyul 2024    
Şirak hava limanına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Bomba barədə məlumat verən vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, - məlumatda vurğulanıb.

***

Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər yayıb.

Qeyd edilib ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hava-limanı   Bomba  


Bizi "telegram"da izləyin