Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək, səlahiyyətli nümayəndələr təyin olunacaq

2024/07/2024--1719927173.jpg
Oxunub: 232     17:21     02 İyul 2024    
Sabah - iyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Ordu.az-ın əldə etdiyi məlumata görə, iclasda partiya Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək.

Toplantıda parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YAP   İclas  


Bizi "telegram"da izləyin