Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Ermənistan parlamentinin sədrinin imzaladığı sərəncamdan məlum olur ki, iyunun 24-28-də Ermənistan-Almaniya dostluq qrupunun üzvü, Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan, üzvlər Rüstəm Bakoyan, Babken Tunyan, Mikayel Tumasyan, Hripsime Hunanyan, eləcə də administrasiyadan bir nəfər Berlinə ezam edilib.
“Parlament rəhbərinin imzaladığı sərəncamda bunun hansı işgüzar səfər olduğu qeyd olunmur. Məlum olduğu kimi, bu günlərdə Almaniyada futbol üzrə Avropa çempionatının oyunları keçirilir və hakimiyyətin Almaniyaya qəfil marağının futbolla bağlı olduğu şübhəsizdir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az