Çin aviadaşıyıcı gəmisi Filippin yaxınlığında görüntülənib

2024/07/2024--1719909608.jpg
Oxunub: 241     16:56     02 İyul 2024    
Çinin “Şandong” aviadaşıyıcı gəmisi Filippinin şimalındakı Luzon adasının sahillərində görüntülənib.

Ordu.az xəbər verir ki, Baş ofisi Çinin Şanxay şəhərində yerləşən “MazarVision” peyk təsviri və təhlili şirkəti aviadaşıyıcı gəminin peyk fotolarını dərc edib.

Gəminin Cənubi Çin dənizində Çin və Filippin arasında suverenlik mübahisəsinin predmeti olan Spratli arxipelağı yaxınlığında gərginliyin artdığı bir dövrdə bölgə yaxınlığında üzməsi diqqət çəkib.

Peyk görüntüləri aviadaşıyıcı gəminin Çinin cənubundakı Haynan adasının mərkəzi olan Sanyadakı hərbi dəniz bazasından şərqə doğru hərəkət etdiyini və Filippinin Luzon adasının şimal-qərbində üzdüyünü müəyyən edib.

Çin və Filippinin Müdafiə nazirlikləri hələlik gəminin hərəkəti ilə bağlı açıqlama verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Filippin  


Bizi "telegram"da izləyin