Niderland Ukraynaya göndəriləcək 24 ədəd F-16-nın ixrac lisenziyasını tamamlayıb

2024/07/2024--1719909924.jpg
Oxunub: 197     12:59     02 İyul 2024    
Niderlandın müdafiə naziri Kaysa Ollonqren verdiyi açıqlamada Niderlandın Ukraynaya təhvil veriləcək F-16 döyüş təyyarəsi parkı üçün ixrac lisenziyalarını tamamladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Kiyev Hərbi Hava Qüvvələrini (HHQ) gücləndirməyə çalışarkən, Niderland bir müddət öncə ABŞ istehsalı olan dördüncü nəsil təyyarələrdən 24 ədədini Ukraynaya tədarük etməyə söz verib.

Ollonqren bildirib ki, ilk təyyarənin təhvil verilməsi tezliklə baş tutacaq. Müdafiə naziri əməliyyat təhlükəsizliyi ilə bağlı narahatlığa əsaslanaraq, dəqiq tarixi və ya digər çatdırılma təfərrüatlarını açıqlamayıb.

Açıqlamada təyyarənin ixrac lisenziyasının verildiyi təsdiqlənib. Məlumata görə, Danimarka, Belçika və Norveç də əlavə F-16 sözü verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna  


Bizi "telegram"da izləyin