Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb, ölən var - YENİLƏNİB

2024/03/1710393017.jpg
Oxunub: 360     14:58     02 İyul 2024    
Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində hərbi təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Ordu.az xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

***

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə Ordu.az xəbər verir.

Helikopter Bolnisi rayonunun (Kvemo Kartli bölgəsi) Disveli kəndində qəzaya uğrayıb. Qəza nəticəsində bir pilot həlak olub.

Digər təfərrüatlar hələlik məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin