Səbaildə 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib

2024/07/6683f-1719923898.jpg
Oxunub: 223     16:21     02 İyul 2024    
Səbail rayonunda “2 İyul - Azərbaycan Polisi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, rayonun hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, RPİ-nin əməkdaşları və polis veteranları iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan danışan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə polis işçilərinin peşə bayramının qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin 1998-ci il 24 may tarixli Fərmanı ilə bu günün Azərbaycan Polis işçilərinin peşə bayramı kimi qeyd edildiyini nəzərə çatdırıb. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin etimadına, diqqət və qayğılarına layiqincə cavab vermək üçün öz qüvvə və səylərinin əsirgəməyən polis işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edən Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, müasir maddi-texniki bazaya, infrastruktura malik olan polis orqanlarının cinayətkarlığın qarşısın alınması, ictimai asayişin mühafizəsi, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi funksiyalarını peşəkarlıqla həyata keçirdiyini vurğulayaraq dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini bildirib.

Tədbirin sonunda xidməti fəaliyyətlərində fərqləndiklərinə görə Səbail Rayon Polis İdarəsinin bir sıra əməkdaşı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səbail   Polis  


Bizi "telegram"da izləyin