Əlbəttə, Nikol Paşinyanın bəyanatları, bu bəyanatların motivləri, manipulyasiya dərəcəsi və s. ilə birbaşa bağlı olan çoxsaylı suallar yaranır, habelə yeni vasitəçiyə, yəni Almaniyaya aid olan “suallar” da meydana çıxır. Təbii ki, bu sualları Ermənistan tərəfi formalaşdırır, yəni rəsmi Berlini “müharibə” ilə bağlı ifadələr işlədərək fakt qarşısında qoymağa çalışır. Belə ki, Ermənistan-Azərbaycan vizual danışıqlarında uzun fasilədən sonra Berlin görüşlərin təşkili üçün vasitəçiliyi üzərinə götürdü və məsələn, ictimaiyyətin əhəmiyyətli bir hissəsində belə bir həvəs yaratdı ki, bu görüşlər gərginliyin azaldılmasına, müharibə risklərinin aradan qaldırılmasına töhfə verəcək.
Lakin Paşinyan əks bəyanatlar verməklə erməni cəmiyyəti daxilində çaşqınlıq formalaşdırmağa çalışır. O deyir ki, ya Bakının şərtləri və tələbləri ilə razılaşmalıyıq, ya da Ermənistanın tək qalacağı müharibə olacaq. Təbii ki, Münxen və Berlində əldə olunmuş razılaşmanın həyata keçirildiyini yaxşı bilən Almaniya tərəfi bir neçə gün keçməsinə baxmayaraq, heç bir cavab səsləndirmədi, yəni Paşinyanın manipulyasiyalarına “yox” dedi.
Halbuki bunu başa düşmək o qədər də çətin deyil ki, Paşinyanın hazırda açdığı mövzuya Münxen və Berlində toxunulub, özü də Paşinyanın ucadan danışdığı vurğularla toxunulub və sonuncu bunları davam kimi gündəmə gətirir. Digər tərəfdən, Paşinyan sanki həmin iki görüşdə tamam fərqli məsələlərin müzakirə olunduğunu, tamamilə fərqli bir atmosfer, əhval-ruhiyyənin formalaşdığını göstərməyə çalışır. Təbii ki, Ermənistan ictimaiyyətinə bu cür dilemmalar təqdim edilməsi rəsmi Berlin üçün də gözlənilməz və təəccüblüdür.
Aqil Məmmədov
Ordu.az