İşğal altında olan 8 kənd məsələsi Vaşinqton-Ankara-Moskva üçbucağında – ANALİZ

2020/05/22222-4771978239.jpg
Oxunub: 479     16:39     27 Mart 2024    
Ermənistanın Ermənistan-Türkiyə nizamlanması prosesi üzrə xüsusi nümayəndəsi, parlamentin sədr müavini Ruben Rubinyan jurnalistlərə bildirib ki, türkiyəli həmkarı Serdar Kılıçla yeni görüş üçün razılaşma var, lakin dəqiq yer və vaxt yoxdur.

Martın 1-də Antalyada Diplomatik Forumda panel müzakirəsi zamanı Serdar Kılıç Ruben Rubinyanla gələn həftə İrəvanda görüşməyi təklif edib. Rubinyan cavab verib ki, bu məsələni sonra müzakirə edəcəklər. Həftələr keçdi, görüş olmadı. Daha sonra işğal altında olan kəndlərimizin qaytarılması məsələsi gündəmə gəldi.

Bunun formal mənada Ermənistan-Türkiyə prosesinə heç bir aidiyyatı olmasa da, Türkiyənin ən yüksək səviyyəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan-Türkiyə nizamlanması prosesinin gedişatı Ermənistan-Azərbaycan nizamlanmasından asılıdır. Buna görə də məgər İrəvan daha çox məhz Türkiyə tərəfinin əhval-ruhiyyəsindən çıxış edərək, 8 kənd mövzusu ilə bağlı reallıqları qəbul edir və ya onu aktivləşdirir?

İrəvanın gözləntisi budurmu ki, bəlkə bu yolla 2022-ci ilin iyulundan dayandırılan Ermənistan-Türkiyə görüşlərini bərpa etmək mümkün olacaq? Həmin son görüşdə birbaşa hava yükdaşımalarının bərpası və üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı razılaşma elan edilib. Amma bu günə qədər bu müqavilələrin icrası yoxdur.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə işğal altında olan kəndlər mövzusuna toxunaraq deyib ki, Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası həm dövlət katibinin müavini O-Braynın, həm də Qafqaz danışıqları üzrə baş müşavir Bononun diqqətindədir. Bu bəyanatın fonunda diqqətəlayiqdir ki, Bononun İrəvan səfərindən demək olar dərhal sonra Nikol Paşinyan mövzunu aktivləşdirib, bu müddət ərzində, yəni Paşinyan Tavusda sakinlərlə görüşəndə isə Bono Bakıya səfər etmişdi

Xatırlamaq lazımdır ki, bir neçə gün əvvəl ABŞ-Türkiyə strateji dialoqu nəticəsində qəbul edilən bəyanatla tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində birgə çalışacaqlarını bəyan etmişdilər. Bu məntiq çərçivəsində kəndlər mövzusu aktivləşibmi? Bunun kontekstdə xüsusi nümayəndələrin görüşlərinin bərpasının mümkünlüyünə toxunulur.

İkinci gündür ki, bu mövzu ilə əlaqələrinin olmadığını və bunun Nikol Paşinyanın Qərblə razılaşmalarının nəticəsi olduğunu vurğulayan Mariya Zaxarova bunu nəzərdə tutur? Əlbəttə, Zaxarova bu razılaşmalarda Türkiyənin adını çəkmir. Bəlkə də səbəb odur ki, Putinin Ankaraya gözlənilən səfəri zamanı artıq Türkiyə ilə razılaşmalar əldə ediləcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin