Geosiyasi vəziyyətin Moskva və Bakını ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə sövq etdiyini hələ demirik. “Rusiyanın Hind okeanına çıxması yalnız bu prosesi sürətləndirəcək”, - deyə KİV-lərdən biri Rusiya Baş nazirinin Bakıya səfəri və Azərbaycan Prezidenti ilə danışıqları ilə bağlı təəssüratı formalaşdırır. Ehtimal etmək olar ki, Moskva-Bakı geosiyasi prioriteti ilə bağlı razılıq Prezident İlham Əliyevlə Mişustinin üç saatlıq danışıqları zamanı əldə olunub.
Rusiyanın xarici ticarət dövriyyəsinin “qızıl damarı”nı qazandığı reallığı qeyd olunur. Bu, təkcə Qərb istiqamətində sanksiya məhdudiyyətlərini aradan qaldırmağa deyil, həm də son dərəcə vacib olan Qara dənizdə özünü tam azad hiss etməyə imkan verəcək. Rusiya Azərbaycan-İran-Hind okeanı marşrutu üzrə etibarlı kommunikasiyaya malik olmaqla, Bosfor-Dardanel boğazı və Süveyş kanalından asılılıqdan qurtulacaq.
Burada bir incəlik xüsusiləşir: tərəflər cari və gələn il üçün avtomobil kommunikasiyası və gömrük infrastrukturunun modernləşdirilməsinə dair saziş imzalayıblar. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu “damarı”nı işə salmaq üçün 164 kilometrlik Rəşt-İran Astarası sektoru çatışmır. Onun tikintisinin maliyyəsini Rusiya öz üzərinə götürüb, amma İran tərəfində sanki tələsmirlər. İran və Rusiya arasında strateji əməkdaşlıq müqaviləsi imzalanmayıb, danışıqların hansı mərhələdə olduğu barədə məlumat yoxdur.
Habelə qeyd edək ki, İlham Əliyev-Mişustin danışıqlarına demək olar sinxron şəkildə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada olub, Ermənistanın müdafiə naziri isə Tehrana səfər edib. Həmin gün Rusiya Odessa limanını atəşə tutub. Rəsmi versiyaya görə, Ukraynanın katerlərinin döyüş xidmətinə hazırlandığı hərbi obyekt məhv edilib. Bəlkə də belədir.
Amma bu, Yunanıstanın Baş naziri limana səfər edərkən baş verib. Bu yaxınlarda Ermənistanın Baş naziri Yunanıstana səfər edib, ardınca isə Yunanıstanın müdafiə naziri İrəvana səfər edib. Səfər zamanı Yunanıstanın müdafiə naziri, özünü ifadə etdiyi kimi, Türkiyə-Yunanıstan münasibətlərindəki son hadisələrlə bağlı məlumatı erməni tərəfinə çatdırmalı idi.
Məhz bu anda rəsmi Bakı Rusiyanın Hind okeanına çıxışını təmin etmək üçün son dərəcə mühüm qərar qəbul edib. İndiki geosiyasi qeyri-müəyyənlik şəraitində belə bir addımın atılması, böyük diplomatik bacarıq tələb edir.
Asif Cəfərov
Ordu.az