Türkiyə Zəngəzur dəhlizini Yaxın Şərq masasına qoyur – BAXIŞ BUCAĞI

2023/11/thumb-1699685810.jpg
Oxunub: 17067     10:55     11 Noyabr 2023    
Özbəkistanda Türkiyə Prezidenti Ərdoğan Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında nəqliyyat əlaqələri mövzusunda danışarkən, Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini növbəti dəfə vurğuladı.

“Qarabağın işğalının başa çatması ilə görürük ki, biz addım-addım regionumuzda sabit sülhə yaxınlaşırıq. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi bu prosesi asanlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin həyata keçirilməsi son dərəcə vacibdir”, - deyə Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən Sammitində çıxışı zamanı bildirib.

Ərdoğan bir neçə gün əvvəl Astanada Türk Dövlətləri Təşkilatının Sammiti zamanı Ermənistanın öhdəliklərini açıqlamışdı. O, Daşkənddə bəyan edib ki, türkdilli dövlətlər bu məsələdə Azərbaycanın yanında olmalıdır. Ərdoğanın bu bəyanatları sübut edir ki, Ermənistan yol verməsə, o zaman onlar İran ərazisindən keçəcəklər. Ermənistanda bu, Türkiyənin Zəngəzur dəhlizi adlanan layihədən imtinası kimi qəbul edilib.

Təbii ki, Zəngəzur dəhlizi türk dünyasının birləşdirilməsi hədəfinin bir hissəsidir və Ərdoğanın Daşkənddə türk dövlətlərinin bu məsələdə Azərbaycanın yanında olmalı olduğunu bəyan etməsi diqqətəlayiqdir. Bu halda Azərbaycan əsas faydalanan tərəf olmaqla yanaşı, həm də aparıcı, vurucu gücdür. Əsas faydalanan tərəflərdən ikincisi isə geosiyasi strategiyası ilə Türkiyədir. Ərdoğanın bəyanatının faktiki ünvan sahibləri isə Moskvadan Tehrana, Vaşinqtondan Pekinə kimi geosiyasətdə digər əsas oyunçulardır.

Ərdoğan hansı paytaxtdan hansı reaksiyanı alacaq? Ərdoğanın Türkiyənin əsas oyunçulardan biri olduğu Yaxın Şərq hadisələri, İsrail-Fələstin müharibəsi və onun ətrafında gedən geosiyasi proseslər fonunda Ermənistanın öhdəliyi mövzusunu rəhbər tutduğu şübhəsizdir. Ankara Qafqaz məsələsini aydın şəkildə Yaxın Şərqdə baş verən proseslər masasına qoyur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Naxçıvan   Azərbaycan  


Bizi "telegram"da izləyin