Türkiyə sülhməramlı qüvvələri Qəzzaya yerləşdirilə bilər? – ANALİZ

2023/11/1699354973.jpg
Oxunub: 21775     16:40     07 Noyabr 2023    
ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər edib. Qərb diplomatik mənbələrinin məlumatına görə, o, Qüdsə “Baş nazir Netanyahu ilə Qəzzanın nizamlanmasına dair təkliflər paketini müzakirə etmək” missiyası ilə gedib.

Ötən gün gözlənilməz hadisə baş verib. Fələstin-İsrail böhranının əvvəlindən yəhudi dövləti ilə əlaqələrin dondurulduğunu elan edən Səudiyyə Ərəbistanı İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatını müdafiə edib. Qərb mətbuatının məlumatına görə, ABŞ dövlət katibi Yaxın Şərq ölkələri ilə ən mühüm prinsipi razılaşdırmağa çalışır: HƏMAS siyasi təşkilat deyil və Qəzza zolağına rəhbərlik etməməlidir. ABŞ İsraili anklav ərazi üzərində yurisdiksiyaya malik olmamasına inandıra bilsə, bu, ərəb ölkələri və ya ən azından əsas aktor dövlətlər üçün məqbul ola bilər.

Buna görə də Blinkenin diplomatik “kağız”ında Qəzza administrasiyasının Mahmud Abbasın başçılıq etdiyi İordan çayının qərb sahilində güc olan Fələstin Azadlıq Hərəkatına verilməsi təklifi var. İsrail onu Fələstin Muxtariyyətinin lideri kimi tanıyır, ölkənin Ramallahda diplomatik nümayəndəliyi var. Hətta Fələstin administrasiyasına BMT-də müşahidəçi statusunun verilməsi məsələsi də müzakirə olunur.

Qəzza zolağında region ölkələrinin sülhməramlı qüvvələrinin yerləşdirilməsini və HƏMAS-ın yekun olaraq ləğvini nəzərdə tutan “keçid idarəçiliyi” təklifi ən çox ehtimal edilən təklif hesab edilir. Lakin layihənin Qəzzada hansı səlahiyyəti nəzərdə tutduğu açıqlanmır. Belə demək mümkünsə, mərkəzi hökumətin olması planlaşdırılırmı, yoxsa sülhməramlı qüvvələr yalnız ərəb əhalisinin yerli özünüidarə orqanlarının olmasını təmin edəcək?

“Keçid dövrü”nün ardınca nə gələcək, Qəzza zolağı və İordan çayının qərb sahili siyasi cəhətdən birləşəcəkmi, beynəlxalq tanınma perspektivi ilə vahid Fələstin formalaşacaqmı? Bu barədə heç nə deyilmir. Blinkenin İsrail səfərindən əvvəl İranın xarici işlər naziri Türkiyəyə səfər edib. İran Prezidentinin Ankaraya gedəcəyi planlaşdırılır. Türkiyə yenidən İsrail-Fələstin nizamlanmasında vasitəçi və qarant olmaq təşəbbüsü ilə çıxış edib. Blinken Qüdsdə, Türkiyə Prezidenti isə Astanada olub. Dövlət Departamentinin rəsmi nümayəndəsi yaxın günlərdə Blinkenin iş qrafiki barədə məlumat verəcəyini vəd edib.

Bu ehtiyatlılığa əsaslansaq, Vaşinqton və Ankara Türkiyənin ABŞ-nin İsrail-Fələstin münaqişəsinin nizamlanması təşəbbüsünə reaksiyası ilə bağlı qapalı müzakirələr aparır. Türkiyə Qəzza zolağında hərbi mövcudluq üçün ərizə təqdim edib. Bölgənin nüfuzlu ərəb ölkələri, xüsusən də Misir və Səudiyyə Ərəbistanının Türkiyə sülhməramlı qüvvələrinin Qəzzaya yerləşdirilməsinə razılıq verməsi mümkündürmü? Bəs İsrail? Amma İran faktoru daha önəmlidir. ABŞ-nin Qəzzada “keçid dövrü” təşəbbüsü HƏMAS-ın son olaraq zərərsizləşdirilməsinə yönəlibsə, Tehran bunu qəbul edəcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsrail   Qəzza  


Bizi "telegram"da izləyin