Hayk Marutyanın rəhbərlik etdiyi qüvvə və "Ana Ermənistan" alyansı merin seçilməli olduğu Ağsaqqallar Şurasının ilk iclasında iştirak etməyəcəklərini açıqladılar. Lakin "İctimai səs" partiyası səsvermədə iştirak etdi, bununla da sessiya üçün kvorum təmin edildi. Nəticədə kvorum olduqda, bütün qüvvələr sessiyada iştirak etməsə belə, Tiqran Avinyanın mer seçilməsi üçün 32 səs kifayət etdi.
Belə çıxır ki, "İctimai Səs" partiyasının iştirakı ilə Avinyanın seçilməsi üçün zəruri olan sxemin işi təmin edilib. Digər tərəfdən, burada iştirak etməyən qüvvələrin passiv rolunu əlbəttə ki, müşahidə etmək olar. Hər halda, Ağsaqqallar Şurasının iclasında "Ana Ermənistan" alyansı və Hayk Marutyanın rəhbərlik etdiyi qüvvə iştirak etsəydi, xüsusilə tam iştirak təmin edilsəydi, o zaman Tiqran Avinyan mer seçilə bilməzdi, 32 səs yetərli olmayacaqdı. Ona görə də Marutyanın qüvvəsi və "Ana Ermənistan" alyansı sessiyada iştirak etməklə ən azı "İctimai Səs" partiyasını açıq şəkildə Tiqran Avinyanı dəstəkləməyə məcbur edəcəkdi.
Bütün hallarda İrəvan meri digər iki qüvvənin iştirak etməməsi səbəbindən passiv dəstəklə "Vətəndaş Müqaviləsi"-"Respublika" partiyası alyansı tərəfindən seçildi. Bu görüntü Ermənistanın qondarma daxili siyasi həyatının "əyri güzgüsü" idi və müharibə şəraitində dövlətin siyasi sistemində hansı "sərbəst süqut" rejiminin olduğunu əks etdirir. Həmin mənzərə öz keyfiyyəti, məzmunu və məntiqi ilə Ermənistan ətrafında siyasi reallıqları, çağırışları və riskləri qiymətləndirərkən adi gözlə müşahidə edilən "keyfiyyət və məzmun ehtiyac və tələbləri"nə əməli olaraq ziddir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın "İrəvan meri seçkilərində inqilab qalib gəldi" sözləri də təsdiq edir. O, bu sözləri Ermənistanın "İctimai" televiziyasına müsahibəsində deyib. Yəni Nikol Paşinyan İrəvan meri seçkilərində qalib gəldiyini elan edir. Beləliklə, Ermənistanda "məxməri inqilab"dan beş il keçsə də, inqilab qalib gəlməkdə davam edir, bu isə o deməkdir ki, siyasət itirməkdə davam edir. Çünki siyasi sistemin qələbəsi artıq "inqilabi qələbələr"ə ehtiyacın olmayacağını nümayiş etdirməlidir.
Sözsüz ki, Ermənistanın bu gün idarə olunması prosesi və nəticəsi, yumşaq desək, İrəvanın və onun sakinlərinin hərtərəfli təhlükəsizliyini təmin edəcək səviyyədən çox uzaqdır. Lakin Paşinyan növbəti gün andiçmə mərasimində qeyd edir: "İnsanlar kiməsə səs verəndə onların bir məqsədi var idi: firavan İrəvan və xoşbəxt İrəvan sakinini görmək".
Burada müəyyən qəribə, anlaşılmaz hal yaranır, çünki Paşinyan özü seçkiqabağı dövrdə, sentyabrın 11-də verdiyi müsahibədə səsverməni firavan İrəvan və ya xoşbəxt İrəvan sakini ilə deyil, müstəqillik və suverenliklə əlaqələndirirdi. Üstəlik, irəvanlıların 70 faizindən çoxu seçkinin firavan və xoşbəxt perspektivlərlə heç bir əlaqəsi olmadığını, Ermənistanın qarşısında duran və üzləşdiyi reallıqlar və çağırışlarla heç bir əlaqəsi olmadığını dərk edərək, seçkiyə getmədi. Və həmin 70 faiz İrəvanda və indiki Ermənistanda son seçkilərin əsas göstəricisidir.
Aqil Məmmədov
Ordu.az