“Hürjet”ə ASELSAN-ın “Murad” radarı gəlir

2023/09/1693635809.jpg
Oxunub: 381     12:40     02 Sentyabr 2023    
Türkiyə Aviasiya və Kosmos Sənayesi TUSAŞ tərəfindən hazırlanan “Hürjet” təyyarəsi ASELSAN tərəfindən hazırlanan “Murad” AESA radarına sahib olacaq.

Ordu.az xəbər verir ki, hazırlanma mərhələsində olan radar həm F-16 (“Özgür” layihəsi), həm də ASELSAN tərəfindən hazırlanan “Akıncı” Pilotsuz Uçuş Aparatında (PUA) istifadə ediləcək.

Radarın növbəti istifadəçisi “Kaan” MMU olacaq.

Ümumi mənzili 200 kilometr olan radar bu baxımdan Türkiyə müdafiə sənayesi üçün əhəmiyyətli bir addım olacaq.

İlk olaraq “Hürjet”in hazırlanan reaktiv təlim modeli T-38-ləri əvəz edəcək. İkinci mərhələdə isə təyyarənin silahlı modeli hazırlanacaq.

“Hürjet”in bir saatlıq uçuş xərclərinin F-16-nın orta uçuş dəyərinin beşdə birini təşkil edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   ASELSAN   Murad  


Bizi "telegram"da izləyin