“Lockheed Martin”in hipersəs reaktivi “X-59 QuessT” ilk dəfə görüntülənib

2023/08/kues-1691652807.jpg
Oxunub: 6056     20:15     12 Avqust 2023    
Dünyanın qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “Lockheed Martin” səs partlayışları azaltmaq məqsədilə hazırladığı yeni hipersəs reaktivi “X-59 QuessT”ni ilk dəfə nümayiş etdirib.

Ordu.az-ın xəbərinə görə, səsdən sürətli reaktivlər səs sürətinə (1 Mach) çatdıqda, adətən yerdə hiss oluna bilən yüksək səs partlayışları yaradırlar.

Lakin “X-59 QuessT” avtomobil qapılarının bağlanması səsinə bənzər bir səs partlayışı yaratmağı hədəfləyir. “Lockheed Martin” tərəfindən yayımlanan ilk görüntülərdə “X-59 QuessT”nin 11,5 metr uzunluğunda iti burnu və ön şüşəsi olmayan pilot kabinəsi olduğu müşahidə edilib.

“Spacess”in verdiyi məlumata görə, bu fərqli dizayn sayəsində X-59 pilotları uçuş zamanı düz irəlini görə bilməyəcəklər. Bunu kompensasiya etmək üçün pilotlar NASA tərəfindən hazırlanmış və polot kabinəsində yerləşdirilmiş ön kamera və ekrandan ibarət Xarici Görmə Sistemindən (XVS) istifadə edəcəklər.

Bu sistem kameradan alınan təsvirləri emal etmək üçün xüsusi proqram təminatından istifadə edir və uçuş məlumatlarının artırılmış reallıq vizuallarını yaradır.

Verilən məlumata görə, “X-59 QuessT” insanların azaldılmış səs partlayışına reaksiyasını ölçmək üçün tezliklə yaşayış məntəqələri üzərində sınaqlardan keçəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   X-59-QuessT  


Bizi "telegram"da izləyin