Türkiyənin "Çakır" qanadlı raketi inventara daxil olmadan ixrac edilib

2023/07/1690200972.jpg
Oxunub: 8408     16:15     24 İyul 2023    
ROKETSAN tərəfindən milli imkanlarla hazırlanan ÇAKIR qanadlı raketinin ilk sınaq atışı 2023-cü ilin may ayında həyata keçirilib.

Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən təşkil edilən Mətbuat Toplantısı Tədbirində çıxış edən Murat İkinci ÇAKIR-ın ixracı üçün müqavilə imzalandığını açıqlayıb.

İkinci, "Çakır"ın ixracına dair müqavilənin raketin ilk atışı gerçəkləşdirilmədən öncə imzalandığını vurğulayıb.

“Çakır” raketləri ROKETSAN şirkəti tərəfindən modul yanaşma ilə hazırlanır. Bu səbəblə “Çakır raket ailəsi” adlı məhsul quruda, havada və dənizdə istifadə oluna bilər. Raketlərin buraxılışı 31 mart 2022-ci ildə keçirilib. Cəmi 3 fərqli qrupda 8 fərqli raketin yer aldığı 150+ kilometr mənzilli “Çakır” raket ailəsi ilə bir çox təhlükəsizlik qüvvəsinin ehtiyacları eyni vaxtda qarşılanacaq.

Modul arxitekturada inkişaf etdirilən “Çakır” gəmi əleyhinə raket (IIR, RF, Hibrid), radioelektron müharibə raketi, izləmə raketi (IIR, RF, Hibrid) və sürü sensor izləmə raketi kimi 4 əsas qrupda hazırlanır. Beləliklə, Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələri Komandanlığı, Hava Qüvvələri Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı kimi qurumların ehtiyaclarının qarşılanması hədəflənir.

Xüsusilə radioelektron müharibə və sürü sensor faydalı yüklərə malik “Çakır” raketləri həm Türkiyədə, həm də dünyada kifayət qədər yeni konsepsiyadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Çakır  


Bizi "telegram"da izləyin