“Kaan” üçün hazırlanan aşağı radara görünmə qabiliyyətli boyada 97% müvəffəqiyyət səviyyəsi əldə edilib

2023/06/KAAN--3372244044.jpg
Oxunub: 8654     16:12     07 İyun 2023    
Milli Döyüş Təyyarəsi (MMU) Proqramı çərçivəsində hazırlanan “Kaan” döyüş təyyarəsi ilk uçuş sınağına hazırlaşır.

Ordu.az xəbər verir ki, “Kaan” döyüş təyyarəsi üçün TUSAŞ obyektlərində hazırlanan aşağı radara görünmə qabiliyyətli boyada 97% müvəffəqiyyət səviyyəsi əldə edilib.

Məlumata görə, bu nisbəti artırmağa və sözügedən boyanın digər TUSAŞ məhsullarında istifadəsinə dair işlər davam edir.

Aşağı radara görünmə qabiliyyətli boya elektromaqnit keçiriciliyini azaltmaq üçün radara qarşı vibrasiyanı azaldan material texnologiyasına malikdir.

Bu, yeni nəsil təyyarələrdə istifadə edilən və platformaların radara tutulmamasına, yaxud radarda çox kiçik görüntü yaratmasına imkan verən texnologiyadır. Qeyd olunan boya texnologiyası dünyanın aparıcı təyyarələrində istifadə olunur.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MMU   Kaan   TUSAŞ  


Bizi "telegram"da izləyin